Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2016

Məhkəmə qərarının icrasını tələb etdi, söyüb yola saldılar

Mehparə Ağasıyeva: “Rəisləri də dedi ki, burada söyüş adi danışıqdır”

Xırdalan şəhər sakini Mehparə Ağasıyeva Abşeron rayon Xırdalan icra şöbəsindən şikayətçidir. O deyir ki, 3 ildir icra şöbəsi məhkəmə qərarını icra etmir, üstəlik, icraçılar onu hədələyirlər:

“2013-cü ildə Anar Ağacanov qızım Zöhrə Ağasıyeva ilə ailə qurub. 2 ay sonra isə qızımı döyüblər. Səhv edib polisə, prokurorluğa şikayət etmədik. Xəstəxanalarda qızımı müalicə etdirdik. Məhkəməyə müraciət etdik, əmlakları tələb elədik. Məhkəmə 3 min manatlıq ziyan müəyyən etdi və ödənməsini təmin etmək üçün icraya yönəltdi. 3 ildir ki, iş Xırdalan İcra Şöbəsinin icra məmuru Nicat Ramazanidə idi. İndi isə Məhəmməd Müsəllimovu qabağa verirlər. Biz müraciət edəndə bir tamaşa qururlar, mənə yumruq qaldırıb təhqir edirlər, söyüş söyürlər. Deyirlər ki, sınıq-salxaq əşyaları götürməlisən. Həmin əşyalar mənə məxsus deyil, mən o əşyaları necə götürə bilərəm?”

M.Ağasıyeva deyir ki, Xırdalan İcra Şöbəsinin rəisi Füzuli Hüseynovun qəbulunda olub, üzləşdiyi qanunsuzluqlar haqda məlumat verib və ölçü götürülməsini tələb edib: “Rəisləri də dedi ki, burada söyüş adı danışıqdır”.

M.Ağasıyeva deyir ki, ötən 3 il ərzində F.Hüseynovun qəbulunda 20 dəfə olub, amma məhkəmə qərarı icra edilməyib: “Mən ədliyyə nazirindən xahiş edirəm, məhkəmə qərarının icrasını digər icra şöbəsinə tapşırsın və icrasını şəxsi nəzarətinə götürsün”./musavat/
389 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP