Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2016

4 ildir başında 40 kiloluq daşla gəzir

Çinin Qirin bölgəsi sakini son 4 il ərzində müntəzəm olaraq başında 40 kilo daş gəzdirir.

O, bunu adətən gündəlik gəzintilər zamanı edir. Məqsədi isə arıqlamaqdır. 54 yaşlı Tsun Yan hər dəfə başındakı daşla 3 kilometrə yaxın məsafə qət edir.

İlk vaxtlar o, başına 15 kilo çəkisi olan daşlar qoyurmuş. İndi isə bu çəkini iki dəfədən artıq artırıb. Bu cür “arıqlama üsulu” sayəsində kişi bir dəfə 30 kilo çəki itirib. Amma ümumilikdə nə qədər arıqlaması dəqiqləşməyib.

Tsun ilk dəfə idmanla çəkisi 115 kiloya çatanda məşğul olmağa başlayıb. Onun boyu 163 santimetrdir: “Əvvəlcə mən özümü idmanda sınamaq istədim. Çünki əmin idim ki, arıqlamaq üçün dərman qəbul etməkdənsə idman etmək faydalıdır”.

Çin sakini bununla da Ginnesin Rekordlar Kitabına düşməyi planlaşdırır. O hesab edir ki, heç kim onun kimi qeyri-adi arıqlama üsulu kəşf etməyib./musavat/
440 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber