Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2016

Putindən NATO-ya hərbi təhdid

Rusiya ilə Qərb ölkələri arasında gərginlik artmaqdadır. Rusiya Prezidenti Vladimir Putin NATO-nin ölkəsi ilə aqressiv tonda danışdığını bildirib.

Dumadakı çıxışında Putin qeyd edib ki, NATO Rusiya ilə aqressiv tonda danışır və sərhəddə gərginlik yaradır: "Bu halda biz hərbi gücümüzü artırmalıyıq".

Faşist Almaniyasının SSRİ-yə hücumunun 75-ci ildönümündə çıxış edən Putin qeyd edib ki, Qərb Rusiyanın terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq təkliflərini qəbul etməyib. Faşist Almaniyası SSRİ-yə hücum edəndə də təkliflərimizi qəbul etməmişdilər. İndi də Ukraynadakı böhranla bağlı olaraq Rusiyanı təcrid etmək istəyirlər. Beynəlxalq təhlükəsizlik sistemində islahatlar aparılmalıdır. Modern, əngəlsiz, bütün dövlətlər üçün eyni kriteriyaların keçərli olduğu kollektiv təhlükəsizlik sistemi yaratmalıyıq".
2014-cü ildə Krım yarımadasını işğal edəndən sonra Qərb Rusiyaya qarşı sanksiya tətbiq edib.
420 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP