Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2016

Bərdə sakini həyat yoldaşını balta ilə qətlə yetirib

Bərdə rayonunda qətl hadisəsi baş verib. Rayonun Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı baltalayaraq öldürüb.

Bərdə rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Şübhəli şəxs qismində saxlanılan S. Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Üç uşaq anası olan qadının meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsində müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək./apa/
387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:26
Cahangi