Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2016

Çovdarovun adamı türmədə öldü

2 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Şakir MTK rəhbəri dünyasını dəyişib.

Vizual-a verilən xəbərə görə, Şakir Hüseynovun sumqayıtlı Arzuman, Nahid və Rəşad adlı dustaqlarla mübahisə zamanı qəflətən ürəyi tutub və həyatını itirib.

Adıçəkilən dustaqların ondan pul tələb etdiyi barədə iddialar səslənir. Ş.Hüseynov ötən il həyat yoldaşını, bu il anasını itirib. Onun iki oğlu var.

125 nəfərin 3,5 milyon pulunu mənimsəməkdə günahlandırılan Şakir MTK tikinti şirkətinin rəhbəri Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, şirkətin əməkdaşları - İlham Hüseynov, Əşrəf Orucov və Telman Səlimov da 2008-ci ildə həbs ediliblər.

Təqsirləndirilən şəxslər Binəqədi rayonu Rəsulzadə qəsəbəsində və Yasamal rayonu Tiflis prospektində yaşayış binası tikiblər. Onlar vətəndaşları aldadaraq qəzalı vəziyyətdə olan binalardakı mənzilləri onlara satıblar. İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş tanınıb və vətəndaşlara ümumilikdə 3 milyon 547 manat ziyan dəyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 5 il sınaq müddəti olmaqla 10 il 6 ay şərti cəza təyin edilib. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişləri evlə təmin etməsi barədə qərar qəbul edib.

Lakin Şakir Hüseynov birinci məhkəmə instansiyasında zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə Bakı Apelyasiya Məhkəməsi onu zərərçəkmişlərin şikayəti əsasında həbs edib. Məhkəmə şərti cəza almış Şakir Hüseynovun barəsində 10 il 6 ay müddətinə hökm elan edib. Məhkəmə digər təqsirləndirilən şəxslərin barəsində olan hökmünsə qüvvədə saxlanılması barədə qərar qəbul edib.
318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber