Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2016

Bakıda qardaş bacısına 10 bıçaq zərbəsi vurdu - "FACEBOOK"A GÖRƏ

Suraxanı rayonunda qardaş bacısını bıçaqlayıb. Hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

36 yaşlı Ramil Nahid oğlu Əhmədovun bacısı 25 yaşlı Ramilə Əhmədovanı bıçaqlamasına ilkin səbəb kimi sonuncunun sosial şəbəkədən istifadə etməsi göstərilib. Əlinə bıçaq alan Ramil bacısına çoxsaylı zərbələr endirib. Yaralı xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub.

Həkimlər Ramilə Əhmədovada 10-a yaxın bıçaq xəsarətinin olduğunu bildiriblər. Hadisədən sonra Ramil Əhmədov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə məlumat verərək, bacısını bıçaqlandığını deyib. 31-ci polis bölməsinin əməkdaşları Ramil Əhmədovu saxlayaraq istintaqa təhvil veriblər./apa/
324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17