Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2016

"İmam Zamanın gizli əsgərləri" qrupunun həbs etdiyi terrorçular etiraf etdilər

“Mehr” agentliyinin verdiyi xəbərə əsasən, İranın İnqilab Keşikçilər Korpusunun quru qüvvələr komandiri general Məhəmməd Pakpur, bir neçə gün öncə saxlanılan terrorçular barədə açıqlama verib. “Saxlanılan terrorçulardan biri ciddi şəkildə yaralanmışdı və bununla da həyatını itirdi. Terrorçular ölkədə olan planlarını və ABŞ-la Səudiyyə Ərəbistanının onlara verdiyi dəstəyi etiraf ediblər. Bu barədə yaxın gələcəkdə məlumat veriləcəkdir. Adı çəkilən 2 ölkə, ölkə sərhədlərində olan terrorçulara və inqilab əleyhinə olan qüvvələrə, nüfuz edə bilmələri üçün dəstək verirlər. Müxtəlif silahlarla şəhərlərimizi hədəfə alan bu qruplaşmalar, "İmam Zamanın gizli əsgərləri" adlı xüsusi təyinatlı qrup tərəfindən zərərsizləşdirilirlər.”, - deyə general Məhəmməd Pakpur bildirib. Qeyd edək ki, bir müddət öncə terrorçular əleyhinə keçirilən əməliyyatın videosu mediaya təqdim edilmişdi ətralı./İslamazeri/

268 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı