Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2016

Sağlam ayağı kəsilən xəstənin - Fotoları

Bakıda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu, amma səhvən sağ ayağını kəsdiyi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın fotolarını əldə etmişik.

Angioloji və Mikrocərrahiyyə Mərkəzinin 60 yaşlı cərrah həkimi Valeh Kərimov sensasiyalı hadisəyə cavab verib və səhvən sağlam ayağı kəsdiyini etiraf edib.

Qeyd edək ki, şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib./axar/

Həkim səhvi ucbatından sağlam ayağı kəsilən Tərlan Əliyevanın eksklüziv fotolarını təqdim edirik:





402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber