Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Analarının oğulları

Onların qardaş olduğunu eşitmişdim, ancaq heç vaxt düşünməmişdim ki, bu cəsarətli insanlar – doğma qardaşlar, bir qadının oğullarıdır.

Ən dərin hörmətə layiq qadın olan Gülşən xanım bu dünyanı tərk edənə qədər düşünməmişdim.

Yalnız onda anladım ki, bu ana beş (!) əsl kişi tərbiyə edib, onları nəinki Azərbaycandakı kriminal rejim sındıra bilmədi, hətta hər biri ayrı ayrılıqda bütöv bir müqavimət qalasıdır!

Onların adlarını sadalmaq kifayətdir – Ənnağı Hacıbəyli, Xaliq Bahadır, Rahim Hacıyev, Rövşən Hacıyev, Şamil Hacıyev və ölkədəki ictimai-siyasi situasiya ilə uzaqdan uzağa tanış olan hər kəs onların hər birinin qanun və hüquq, söz azadlığı, insan haqları uğrunda mübarizəsini yada salacaq.

Bu ana necə də gözəl və güclü olub – onun oğullarının hər biri öz işləri ilə onun üçün bu dünyada hörmət, o biri dünyada isə rəhmət qazanıb. Mən onun tanış deyildim, ancaq bu qadına hörmətim sonsuzdur.

Leyla Yunus

Sülh və Demokratiya İnstitutunun direktoru

P.S. Paqonlu məxluqların müdafiəsiz insanları döyməsi, işgəncə verməsi, zorakılıq etməsini görəndə və eşidəndə düşünürəm. Düşünürəm ki, insanları ölənə qədər döyə bilən bu kişi cinsindən olanlar necə ailədə böyüyüblər? Axı onları da ana böyüdüb… Bu məxluqlar öz yaxınlarının gələcəyi barədə düşünürmü?.../azadlıq/
1664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber