Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2016

26 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:



Bakıda və Abşeron yarımadasında

İyunun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütununda 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.



Azərbaycanın rayonlarında

İyunun 26-da gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.
226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu