Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2016

Braziliyada nadir tutuquşu müşahidə olunub

Brazilayada nəsli kəsilmiş hesab edilən mavi ara tutuquşu son 15 ildə ilk dəfə olaraq canlı təbiətdə nəzərə çarpıb.

Baya ştatında çəkilmiş videoların birində ağaclar arasında uçan tutuquşunu görmək olar.
Təbiəti mühafizə cəmiyyətinin nümayəndəsi güman edir ki, quş həbsdən yayınmaq istəyən brakonyer tərəfindən buraxıla bilərdi.

Əsasən Braziliyada məskunlaşan mavi ara 15 ildir ki, təbiətdə nəzərə çarpmayıb.

Hesab edilir ki, bu növə aid sonuncu erkək tutuquşu 2000-ci ildə yoxa çıxıb.

2007-ci ildə fərdi kolleksiyalarda 90 mavi ara saxlanılıb.

Hazırda bu quşların sayı 500-ə çatıb.

Mavi araların yetişdirilməsilə Braziliya və Qətərdə məşğul olurlar.

Ornitoloqlar quşların təbiətə qaytarılmasını planlaşdırırlar.

Mavi ara Blue Sky Studios kinostudiyasında çəkilən "Rio" və "Rio 2" cizgi filmlərinin baş qəhrəmanı olub./musavat/
282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...