Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2016

Tovuzda evə basqın: uşağı oğurlamaqla hədələyib pul tələb etdilər

Tovuzda naməlum şəxslər evə basqın ediblər. Hadisə rayonun Yuxarı Öysüzlü kəndində Tamara Tağıyevanın evində qeydə alınıb.

Naməlum iki nəfər əllərində qovluq həyətə daxil olaraq Tamara Tağıyevanın oğlu Mədət Tağıyevi görmək istədiklərini deyiblər. Onun evdə olmadığını öyrəndikdən sonra həyat yoldaşı Rəna Tağıyevaya zor tətbiq edərək ona müxtəlif bədən xəsarətləri yetiriblər.

R.Tağıyeva bildirib ki, naməlum şəxslərin əllərində qovluq olduğu üçün onları kredit borclarının olduğu bankın əməkdaşları sanıb. Qadın gələnlərə imkanları olmadığını və əllərinə pul düşən kimi kredit borclarını ödəyəcəklərini bildirib.

Lakin naməlum şəxslər evdə axtarış aparıblar və əşyaları dağıdaraq yorğan-döşəyin üzünü bıçaqla kəsib, qadının 16 yaşlı övladını aparacaqlarını deyiblər. Rəna Tağıyeva isə ərinin xəstə olduğunu, müalicə üçün Bakıya getdiyini bildirib. Bundan sonra naməlum şəxslər evi tərk ediblər./apa/
373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:51