Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2016

Finlandiyada Aİ-dən çıxmaq üçün referendum keçirilməsi tələb olunur

Finlandiyada Avropa Ittifaqından çıxmağa dair referendumun keçirilməsi üçün imza toplanışı kampaniyası başlanıb.

Rusiya mediasında yer alan xəbərə görə, bu barədə ölkədə fəaliyyət göstərən Yle telekanalı xəbər yayıb.

Musavat xəbər verir ki, petisiyanın müəllifinin hakim partiyanın "Əsl finlər" gənclik qanadının lideri Sebastyan Tyunkkyunendir.

Onun sözlərinə görə, Finlandiya müstəqil olmalıdır. Gənc lider hesab edir ki, Avropa İttifaqı xaos içindədir.

Tyunkkyunen referendumun 2017-ci ilin dekabrında keçirilməsini təklif edir.

Sənədi artıq 10 min adam imzalayıb. Petisiyanın parlamentdə baxılması üçün ən azı 50 min vətəndaşın imzalaması lazımdır.

2013-cü ildə qaldırılan müvafiq təşəbbüs zamanı petisiyanı 30 min adam imzalayıb.

Qeyd edək ki, Böyük Britaniya seçicilərinin Aİ-dən çıxmağa dair referendumda ayrılığıa səs verməsindən sonra bir sıra Avropa ölkələrində bənzər təşəbbüslər irəli sürülüb.
323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP