Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2016

Qəhvə qaraciyəri üç xəstəlikdən qoruyur

Alimlər müəyyən edib ki, müntəzəm qəhvə içən insanlar qaraciyəri üç xəstəlikdən qorumuş olur.

"Daily mail” saytı yazır ki, “British Liver Trust” qeyri-hökumət təşkilatının hesabatı açıqlanıb. Bu təşkilat qaraciyər xəstəlikləri və onların qarşısının alınması və müalicə effektivliyinin artırılması ilə məşğul olur.

83 səhifəlik sənədin müəllifləri iddia edir ki, müntəzəm qəhvə içmək orqanizmi qaraciyərin qeyri-alkoqollu piylənməsi (NAFLD), qaraciyər fibrozu və sirroz kimi təhlükəli xəstəliklərdən qoruyur.

Bundan əlavə, qəhvə içmək sayəsində bu xəstəliklərdən əziyyət çəkən insanlarda xəstəliyin inkişafı dayanır.

Lakin ətirli içkinin həvəskarları unutmamalıdır ki, qəhvənin dozası 400 milliqramdır. Yəni gün ərzində 5 fincan “espresso” içmək kifayətdir.
259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı