Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2016

Azərbaycanda qanunların zəif olması cinayətlərin artmasına səbəb olur

Zillət Məclisində oturan saxta deputatlar Quran, təsbih əleyhinə qanunlar qəbul edincə, ölkədə baş alıb gedən qanlı cinayətlər haqda fikirləşsələr yaxşı olar...

Ağcabədidə kişi arvadı, qayınanası və qayınatasını qətlə yetirərək, intihar edib. Ağcabədidə Xocavənd sakini Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib.

Hadisə Quliyev Ələsgər Əşrəf oğlunun qayınatasının evində baş verib. Quliyev Ələsgər Əşrəf oğlu hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib. Qətlə yetirilən Səfərov Ənvər, Səfərova Nazilə və Səfərova Ayfan Ağdam rayonu Mərzili kənd sakinləridir, Ağcabədi rayon ərazisində məskunlasıblar.

Quliyev Ələsgər Əşrəf oğlu isə Beyləqanda məskunlaşmış Xocavənd sakinidir. Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin, ərazinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alındığını görərək, özünə atəş açaraq intihar edib. /apa/

304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı