Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2016

Qadının sol ayağı da kəsildi: Həkimdən nalayiq hərəkət

Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilən 87 yaşlı Məmmədova Tərlan Həsən qızının sol ayağı bu gün amputasiya edilib.

Əməliyyatı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski aparıb. A.Şəmsəddinski apa-ya bildirib ki, hazırda xəstə reanimasiyadadır, vəziyyəti orta-ağırdır, kafi saymaq olar.

Azər Şəmsəddinski jurnalistlərə qarşı da kobudluq edib. Ans-in əməkdaşının verdiyi məlumata görə, A. Şəmsəddinski məlumat verməməklə yanaşı onları öz otağından qovub və qapıları jurnalistlərin üzünə bağlayıb.

Həkimi səhv edərək sağlam ayağı kəsən xəstəxana əməkdaşları jurnalistləri də asanlıqla otaqdan qova bilirlər.

Qeyd edək ki, iyunun 24-də diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib.
306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber