Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Əli Kərimli günün intihar cəhdindən yazdı

“Qarabağ əlilini özünü öldürmək həddinə çatdıranlar Əliyevə güvənirlər”

Əli Kərimli: "Onlar arxayın olublar ki, İlham Əliyev sadə insanın yox, korrupsioner məmurların arxasında duracaq"

AXCP sədri Əli Kərimli dünən Bakıda baş vermiş tükürpədici olayla bağlı fikirlərini bölüşüb. Qarabağ qazisinin məmur özbaşınalığı üzündən özünü yandırmasına münasibət bildirən AXCP sədri "facebook" səhifəsində yazır:

"Məlum olur ki, bu gün özünü yandırmaqla həyatına qəsd etmiş Qarabağ qazisi Zaur Həsənov bu qərarı emosianal vəziyyətdə, hüquqşünasların dililə desək, güclü ruhi-həyəcan vəziyyətində verməyib. Bu adamın faciəsi iyun ayından davam edirmiş. Məruz qaldığı haqsızlıqdan ən müxtəlif instansiyalara dönə-dönə şikayət etmiş Qarabağ qazisi çarəsizlikdən intihar edəcəyini də dəfələrlə deyibmiş, yazıbmış. Amma onun bu SOS siqnalları heç kimi narahat etməyib. Onun ailəsinin son dolanışıq imkanını da əlindən alıblar. Hamımızın gözü qarşısında Qarabağ qazisi özünü öldürmək həddinə çatdırılıb. Bəs onu özünü öldürmək həddinə çatdıranlar nəyə arxayın olub, kimə güvənib bu cinayəti törədiblər?

Zaur Həsənovu özünü öldürmək həddinə çatdıranlar və bu cinayətdən xəbərdar olub, lakin qarşısını almayanlar əmin olublar ki, bu ölkədə sadə insanın, xüsusən də Qarabağ qazisinin heç bir qiyməti yoxdur. Onlar arxayın olublar ki, İlham Əliyev başda olmaqla, hakimiyyət özünü öldürmək həddinə çatdırılmış sadə insanın yox, korrupsioner məmurların arxasında duracaq. Onlar bilirdilər ki, ədalət mühakiməsi adına təhqir olan yerli məhkəmələrdə istənilən cinayəti ört-basdır etmək mümkündür. Onlar inanırdılar ki, xalqımız da baş verənləri "xəyal ürünü" olan bir film kimi sadəcə, seyr edəcək"./azadlıq/
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı