Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2016

Çili Amerika kubokunun qalibi olub

Bu gecə futbol üzrə Amerika kubokunun qalibi müəyyənləşib.

Nyu-York yaxınlığında yerləşən “Metlife” stadionunda, 82 min azarkeş önündə keçirilən final matçında Çili və Argentina yığma komandaları qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri seriyası təyin olunub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması rəqibinə 4:2 hesabı ilə qalib gələrək Amerika kubokunun qalibi olub. Çili ardicil ikinci dəfədir ki, Amerika kubokuna sahib çıxıb.

Bir gün əvvəl isə Kolumbiya 1:0 hesabı ilə ABŞ yığmasını məğlub edərək turnirin bürünc medallarını qazanıb.
370 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11