Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2016

Messi daha Argentinada oynamayacaq

Lionel Messi Argentina yığmasında karyerasını başa vurub.

Buna səbəb Argentinanın Amerika Kubokunun finalında Çiliyə uduzması olub.

Çili gecə saatlarında baş tutan görüşdə penaltilər zamanı Argentinanı 4-2 məğlub edib.

Qarşılaşmadan sonra Messi Argentina yığmasında karyerasını başa vurduğunu açıqlayıb:

"Həmişə Argentinanın çempion olması üçün hər şeyi etdim, lakin bacarmadım. Başa düşdüm ki, bu, mənlik deyil. Milli komandada karyeram başa çatdı".

Messinin bu sözləri deyən zaman ağlaması diqqətlərdən yayınmayıb.

Qeyd edək ki, ulduz futbolçu millidə ilk görüşünü 17 avqust 2005-ci ildə keçirib. 11 ildə millidə 109 görüşə çıxıb və 55 qol vurub./axar/
333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41