Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Özünü yandıran Qarabağ əlili və atası danışdı

Xəbər verdiyimiz kimi, II qrup Qarabağ əlili Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında üstünə benzin tökərək özünü yandırıb. Hazırda xəstəxanada olan Qarabağ qazisinin vəziyyəti ağırdır. O, xəstəxanada “Meydan” TV-yə müsahibə verib.

Əlilin atası Həsən Həsənov isə deyib ki, oğlunun özünü yandırmasına səbəb deputat, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin onun əlindən obyektini almasıdır. O deyib ki, deputat Bibiheybət qəsəbəsində yerləşən bu yerin istirahət mərkəzi üçün söküləcəyini və əvəzində ona yeni obyekt tikiləcəyi vəd edib. Amma obyekt söküləndən sonra orada heç nə tikilməyib, əlil üçün də əlavə obyekt tikilməyib. Bir il davam edən məhkəmə prosesində Zaur Həsənovun iddiaları təmin olunmayıb.

Yada salaq ki, Səttar Mehbalıyev Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla yaxın qohumdur. Onlar qudadır.

* * * 19:05

“Özləri cəzalandırsınlar, elə etməsinlər ki, biz onun cəzasını verək”

Azad Qarabağ Uğrunda Alyansa (AQUA) daxil olan təşkilatlar bu gün özünü yandıraraq intihara cəhd edən II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı bəyanat yayıb.

AQUA-dan virtualaz.org saytına verilən məlumatda deyilir ki, Zaur Həsənov Respublika Həmkarlar Konfedarasiyasının sədri, deputat Səttar Mehbalıyevin ədalətsiz və qeyri-insani münasibəti nəticəsində intihar edib. Hazırda həkim nəzarətində olan əlilin həyatı üçün təhlükə davam edir.

Bəyanatda deyilir: “Zaur Həsənovun azyaşlı övladları var. Biz ona qarşı haqsızlıq edən məmurları Allah qarşısında lənətləyirik.

Dövlət əlilinə sahib çıxmalı, bu hadisədə günahkar olan məmurlar ciddi şəkildə cəzalandırılmalıdırlar. Elə etməsinlər ki, biz özümüz onların cəzalarını verək”.
1685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi