Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Bakıda Qarabağ qazisinə görə etiraz aksiyası təyin edildi

Xəbər verdiyimiz kimi, bu gün II qrup Qarabağ əlili Zaur Həsənov Həmkarlar İttifaqının qarşısında etiraz olaraq özünü yandırıb. Baş vermiş dəhşətli hadisə ölkə ictimaiyyətində qəzəblə qarşılanmışdır. Bununla əlaqədar olaraq artıq sosial şəbəkələrdə dekabrın 28-də saat 15:00-da Fəvvarələr meydanında "Qaziləri yandırma!" şüarı ilə aksiya keçirilməsi barədə qərara gəlinmişdir.

Aksiyanın "event"ində bildirilir:
"Əziz qardaşlar, bacılar, dostlar, yoldaşlar
Bu gün hamımızın qanın donduran hadisə baş verdi.
Həmkarlar İttifaqı Konfedrasiyasının sədri, deputat Səttar Mehbalıyevin haqsızlığıdan təngə gələn Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı.
Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi yağı işgalda olan bir ölkədə Qarabağ qazisinin özünü odlaması bizim hamımızın vicdanını silkələməlidir.
Bu rəzalətdir!
Mən özüm Qarabağ qazisiyəm. Baş verənlərə laqeyd qalmamağı bütün qazi dostlarımdan, döyüşçülərdən, bu xalqın, bu ölkənin təəssübünü çəkən hər kəsdən rica edirəm.
Bunun üçün hətənin altıncı günü saat 3-ə aksiya elan edirəm.
O vaxta qədər tələbimiz bu olmalıdır: deputat Mehbalıyav qazini, 5 uşaq atasını və elə o uşaqları da bədbəxt etdiyinə görə ictimai qaydada üzr istəməli, Qazimizə edilən haqsızlıq dərhal aradan qaldırılmalıdır.
Sabah və biri gün üçü isə görəcəyimiz iş: qazi qardaşımızı tək qoymamaq, xəstəxanaya baş çəkib onun ziyarətində olmaq!" /deyerler/
1673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı