Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Kəklikotu bakteriyaları beş dəqiqə ərzində məhv edə bilir

Bahalı kremlərə pul verməyin, kəklikotu istifadə edin

Alimlər sızanaqların müalicəsi üçün adi kəklikotundan istifadə etməyi məsləhət görürlər. Bu bitki antibakterioloji kremlərdən daha səmərəli və təhlükəsizdir. Belə qənaətə türk alimlər dəridə səpgi əmələ gətirən bakteriyalar üzərində kəklikotu, mirra və gülümbahar tinkturasının effektinin öyrənilməsi zamanı gəliblər. Tədqiqat zamanı alimlər müəyyən ediblər ki, bu bitkilərin tinkturaları bakteriyaları beş dəqiqə ərzində məhv edə bilirlər. Lakin onlardan ən effektivi kəklikotudur.
O, hətta sızanaqların müalicəsi üçün istifadə olunan bir çox kremlərin tərkibindəki benzoil peroksidindən daha yaxşı təsir edir. Ekspertlərin sözlərinə görə, standart kremlər və yuyunma vasitələrinin bitki alternetivləri dərisi kimyəvi vasitələrə həssas olanların həyatını dəyişdirə bilər. Misal üçün, elə həmin benzoil peroksidi tez-tez dərinin yanmasına və qıcıqlanmasına səbəb olur. Bununla yanaşı alimlər, hələ tinkturaların molekulyar səviyyədə necə işlədiyini müəyyən etmək üçün insan dərisinin real mühitini nisbətən daha dəqiq təkrarlayan şəraitlərdə əlavə sınaqlar aparmalıdırlar.
1655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber