Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Ərdoğanın oğlunun həbsinə hazırlıq görülüb

Türkiyədə həbslərin ikinci dalğası çərçivəsində baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın həbsinə hazırlıq görülüb.

Bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Türkiyə Mülkü Prokurorluğunun rəhbəri Müammər Ağqaş AKP-yə qarşı əməliyyatın 2-ci dalğasını həyata keçirmək istəyir. Ancaq lazım olan şəxslərin həbsini həyata keçirən qurum polis olduğu üçün əməliyyat dalana dirənib.

Hazırkı vəziyyətdə həbslərin Ərdoğanın 2 oğluna qədər uzanacağı iddia edilir.

Bu məlumatı doğrulayanlardan biri də Türkiyə hökümətinin mediadakı dəstəkçilərindən olan "Yeni Şəfəq" qəzetinin müxbiri Cihat Arpacıqdır.

Jurnalist özünün "Tvitter" hesabında yazır:

"Prokurorluq saat 09:00-da Bilal Ərdoğan haqqında polisə “saxlanılsın” təlimatı verib. Ancaq əməliyyat hələ ki, həyata keçirilməyib. İddiaya görə, səbəb əməliyyat barədə yuxarılara məlumat verilməsidir".

İstanbul Valiliyi və Polis İdarəsi rəisi haqqında vəzifələrindən sui-istifadə və sübutların gizlədilməsinə görə istintaq başladılıb.

İstintaqı Türkiyə Mülkü Prosessual Məcəlləsinin 10-cu maddəsinə uyğun olaraq, qurumun müvafiq şöbəsi tərəfindən araşdırır.

Prokurorluğun həmin şöbəsi “silahlı dəstələr və terror təşkilatları” ilə məşğul olur"./axar.az/
1664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı