Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Basayevin döyüşçüləri Qarabağ ermənilərindən təlim alırmış

“Qarabağ erməniləri regionda ən güclü döyüşçülərdir”.

“Axar.az” məlumat verir ki, bu sözləri “Stratfor” Araşdırmalar Mərkəzinin baş analitiki Loren Qudriç Dağlıq Qarabağ haqqında yazdığı gizli məktubda işlədib.

O, Qarabağdakı ermənilərlə çeçenlərin əlaqəsindən məktubunda bəhs edib. “Çeçen müharibəsi zamanı Basayev öz əsgərlərini Qarabağa göndərirdi ki, ermənilər onlara təlim keçsinlər. Azərbaycan bunun haqqında məlumata sahibdir. Azərbaycanlılar heç biri bu tipli müharibə keçməyə hazırlanmayıblar”.

23 fevral 2011-ci ilə aid olan bu məktub “Vikiliks”in çap etdiyi sənədlər arasında yer alıb.

Qeyd edək ki, Ermənistan rəhbərliyi Qarabağda çeçen döyüşçülərinin hazırlanması ilə bağlı məlumatların yalan olduğunu bildirmişdi.
1578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP