Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Gəncə bazarında qiymətlər qalxıb

Bu gün göyərtilərin qiyməti 2.0, kartofun 11.9, pomidorun 0.4 faiz bahalaşması baş verib

Ölkənin əksər ticarət şəbəkələrində qiymətlərin artması heç kimi narahat etmir və yeni il ərəfəsi qiymətlərdə baş verən artım hələ də davam edir. Artıq demək olar ki, Gəncə bazarında bütün növ məhsulların qiymətində artım müşahidə olunur. Konkret olaraq təzə balığın, zeytun yağının, xamanın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bütün növ göyərtilərin, şabalıdın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun, kələmin qiymətlərində bahalaşma qaçılmaz olub.

Ay ərzində ən çox qiymət artımı kənd təsərrüfatı məhsullarında baş verib. Rəsmi statistikaya görə, bu gün göyərtilərin qiyməti 2.0, kartofun 11.9, pomidorun 0.4 faiz bahalaşması baş verib ki, bu da əksəriyyətin cibinə qətiyyən uyğun deyil. Hələlik dəyişməyən və stabil qalan yalnız ətin qiymətidir. Bazar nəzarətçiləri isə hesab edir ki, qiymət artımına təsir edən bir sıra amillər var ki, onların qətiyyən iqtisadi əsası yoхdur. Belə amillərdən ən birincisi və dərin kök salanı inhisarçılıqdır.

Satışa çıхarılan məhsul əhalinin alıcılıq qabiliyətinə və vətəndaşların ailə büdcəsinə uyğun olmalıdır. Ancaq maraqlı fakt bir də budur ki, Gəncə bazarlarında bahalı kənd təsərrüfatı məhsulları çürüdülərək zibilliyə atılır, ancaq ucuzlaşma prosesi baş vermir. Qiymət artımına təsir edən digər amil məhsul qıtlığıdır ki, hazırda bazarlarda belə vəziyyət sezilməkdədir. Hava şəraitinin sərt keçməsi ilə əlaqədar ötən illərdən fərqli olaraq bu il kənd təsərrufatı məhsullarında qıtlıq qeydə alınmaqdadır. Bunun nəticəsidir ki, bazarlarda kənd təsərrüfatı məhsullarının hazırki qiyməti istehlakçıların alıcılıq qabiliyyətinə uyğun deyil. Bütün bu hallardan fərqli olaraq evlərində "yolka" bəzəmək istəyənlər isə oyuncaqların qiymətlərinin normal olduğunu deyir./interaztv/
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu