Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

İraqda terror 44 nəfərin həyatına son qoyub

Diyala əyalətində 2003-cü ildə yaşayan xristianlardan yalnız 10 faizi bu bölgədə qalmaqdadırlar

Bağdadda xristianların məskunlaşdığı bölgədə terror aktında 35 nəfər həlak olub.

İnterAz-ın İraq mətbuatına istinadla verdiyi xəbərə görə, terror aktlarından biri dünən Bağdadın cənubunda əsasən xristianların məskunlaşdığı bölgədə bir bazarı hədəfə alıb. Minalanmış maşının partladılması nəticəsində 35 nəfər həlak olub və 56 nəfər yaralanıb.

Ölkənin digər bölgələrində törədilən terror aktlarında isə daha 9 nəfər həlak olub və 25 nəfər yaralanıb.

İraqda İsa peyğəmbərin doğum günündə xristianların yaşadığı bölgələrə təşkil edilən hücum diqqət çəkib. Ümumiyyətlə hal-hazırda İraq Suriyadan sonra dini və məzhəbi qarşıdurmaların daha çox baş verdiyi bir ölkədir. Yerli ekspertlərin fikrincə xristianların ölkədən mühacirət etmələri kütləviləşib. Təkcə Diyala əyalətində 2003-cü ildə yaşayan xristianlardan yalnız 10 faizi bu bölgədə qalmaqdadırlar.
1445 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41
Metroda intihara