Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Azərbaycan İranla sərhəd problemini həll edir

Azərbaycan və İranın Gömrük rəsmiləri iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsini müzakirə edib.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İranın Gömrük İdarəsinin icraçı direktorunun müşaviri Məhəmməd Huseyn Bağ Ənayətlə görüşüb.

Görüş zamanı iki ölkə arasındakı yük və sərnişindaşımanın daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.

İclasda iştirak edən Astara Gömrük İdarəsinin rəisi Cahangir Bəxşi iranlı həmkarını Azərbaycana dəvət edib.

Sonda Aydın Əliyev iki ölkə arasında ticarət əməliyyatlarının genişləndirilməsi üçün Azərbaycanın gömrük rəsmiləri ilə konfransların keçirilməsinə və gömrük maneələrinin aradan qaldırılmasına xüsusi diqqət yetiriləcəyinə söz verib.

İran rəsmisi də ara-sıra sərhəddə yaranan problemlərin aradan qaldırılması üçün lazımı addımların atılacağına söz verib.
1513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber