Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Fransada müsəlmanlara qarşı yeni təxribat

Hicab, valideynlərə də qadağan ediləcək

Məhkəmənin tolerantlıq qərarını nəzərə almayan Fransa rəhbərliyi, təhsil müəssisələri ilə yanaşı cəmiyyətdə də qadınların hicabla gəzməsinə qarşı çıxacağını bildirib.

Fransanın dövlət məhkəməsi, hazırladığı 32 səhifəlik analiz hesabatında qadağanın məktəb gəzintilərinə gedərkən uşaqları ilə birgə gedən analara tətbiq olunmaması barədə qərara gəlmişdi. Ancaq hökumət rəsmiləri bu qərarı nəzərə almayıb. Belə ki, məktəb gəzintilərində uşaqlarına yoldaşlıq edən hicablı analar lazım gələrsə başlarını açmağa məcbur olacaqlar.

Fransanın köhnə Təhsil Naziri Luc Şantel tərəfindən 2012-ci ilin martında çıxarılan qərara görə, hicablı analar məktəb gəzintilərində uşaqlarına yoldaşlıq edə bilməyəcək. Bu isə Fransa məktəblərində "dini simvolların geyinilməyəcəyinə" dair qadağanın əhatəsinin genişlənməsinə səbəb olub.
1584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber