Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Ölkəni silkələyən intiharın şok təfərrüatları

Özünü yandıran Qarabağ qazisi, 5 uşaq atsını məhkəmələr, dövlət qurumları aylarla süründürüb
Səttar Mehbalıyev Zaur Həsənovun evini girov qoyub aldığı pulla tikdiyi çayxananı sökdürüb
Dünən saat 11:00 radələrində Azərbaycan cəmiyyəti sarsıdan olay baş verdi. İkinci qrup Qarabağ əlili Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binası qarşısında özünü yandırdı. Biz hadisə yerinə çatanda ətrafdakılar onu bürüyən alovu söndürsələr də Qarabağ əlili ağır yanıq xəsarətləri aldığı məlum oldu. Saat 11.15-də hadisə yerinə təcili tibbi yardım maşını gəldi. Zaur Həsənovu 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirildi.

Hadisədən öncə Qarabağ əlili əməkdaşımıza zəng edərək AHİK-in binası qarşısına aksiya keçərəcəyini bildirdi. O, etirazına səbəb kimi AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin onun mülkiyyət hüquqlarının pozmasını göstərdi. Qarabağ əlili pozulmuş mülkiyyət hüquqlarının bərpa olunmasını tələb edəcəyini dedi.
Biz AHİK-in binası qarşısına çatmağa az qalmış ona telefon açdıq. Zəngimizə cavab verən olmadı. Hadisə yerinə çatanda insanların toplaşdığının şahidi olduq. Ərazidə 30-a yaxın polisi və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını gördük.
Məlum oldu ki, Qarabağ əlili özünə od vuraraq intihar edib. Yrdə huşsuz vəzhiyyətdə uzanmışdı, bədəni, sifəti, qolları alovdan qarsalanmışdı. Onun fotolarını çəkərkən mülki geyimli polislər əməkdaşımıza təzyiq göstərdilər. Onlar arasında AHİK-in əməkdaşları da var idi.
Şahidlər dedilər ki, Qarabağ əlili özünü yandırarkən əlində Azərbaycanın dövlət bayrağı və benzin olub. O, benzini üzərinə tökərək dərhal Səttar Mehbalıyev tərəfindən qəbul edilməsini tələb edib. Tələbinin yerinə yetirilməsi əvəzinə əraziyə polisin çağırıldığını görüb özünü od vurub. Hadisə yerində onun uşaqları da olub və onlar dəhşət içində qışqırmağa başlayıblar.

“Zaurun intiharına səbəbkar Səttar Mehbalıyevdir”

Zaurun yerləşdiridiyi 5 saylı Şəhər Klinik Xəstəxanasına yollandıq. Burada 50-yə yaxın Qarabağ müharibəsi əlili var idi. “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudun Məmmədov bildirdi ki, həkimlər Zaur Həsənovun səhhətinin ağır olduğunu deyir: “Səttar Mehbalıyev Zauru intihar həddinə çatdırdı. Qarabağ əlilini döydürdü, təhqir etdirdi, hədələtdirdi və uşaqlarını acından öldürtmək istədi. Hətta bu barədə hüquq-mühafizə orqanlarına da məlumat vermişdi. Ancaq müraciətə ədalətli baxılmadı. Zaurun banka borcu var. Evini girov qiyub. Bankdan hər gün gəlib borcunu ödəməsini tələb edirlər. Evini əlindən alacağı ilə hədələyirlər. Qarabağ əlili bankdan götürdüyü borcla özünə çayxana tikmişdi. Bu obyektdə göstərdiyi xidmətlə evinə çörəkpulu aparırdı. Səttar Mehbalıyev onu və ailəsini çörəyə möhtac elədi.
Zaur Prezident Administrasiyasına və başqa aidiyyatlı qurumlara müraciət etmişdi. Qarabağ əlili ailəsi ilə birlikdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdri Əli Həsənəvun qəbulunda olmuşdu. Dünən (dekabrın 24-ü-R.İ.) isə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun da qəbulunda olub. İcra başçısı Zaura deyib ki, Səttar Mehbalıyevə gücü çatmır. Müraiətlərinin nəticəsiz qalması ilə bağlı mənə bildirdi və özünü yandıracağını qeyd etdi. Mən onu intihardan çəkindirdim, Qarabağ qaziləri ilə birlikdə aksiya keçirməyi uyğun bildim. Amma o bir gün sonra özünü yandırdı. Qarabağ qaziləri adından bunu deyirəm, Zaurun intiharına səbəbkar Səttar Mehbalıyevdir. O qanun qarşısında cavab verməlidir. Biz, Qarabağ əlilləri ona Azərbaycanda yaşamağa haram edəcəyik”.

Qarabağ qazisinin atası danışdı

Zaurun atası Həsən Həsənovla da söhbət etdik. O, oğlunun səhhətinin ağır olduğunu bildirdi. “Eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə oğluma Bibiheybət qəsəbəsində, dəniz kənarında torpaq sahəsi verildi. Orada oğlum çayxana işlədərək, 5 azyaşlı övladına çörək pulu qazanırdı. Çayxananı təmir etmək üçün bankdan borc aldı. Bunun üçün evini banka girov qoydu. Hər gün bankdan gəlib borcu ödəməyi, ya da evi tərk etməyi tələb edirdilər. Səttar Mehbalıyev oğlumun şikayətlərinə baxmırdı. Gecə ilə oğlumun çayxanasını sökdü və ərazini zəbt etdi. Oğlumu məhkəməyə verdi. Sifariş əsasında məhkəmədə millət vəkili qalib gəldi. Səttar Mehbalıyev millət vəkili statusundan istifadə edərək oğluma təzyiqlər göstərdi, ailəsini çörəyə möhtac qoydu. Ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğurunda can qoyan adama məmurlar və millət vəkili mandatı alan şəxslər hörmət etmir, əksinə hüquqlarını pozur, aşağılayırlar”.
5 saylı Şəhər Klinik Xəstəxanasının növbətiçisi Zaurun səhhətin ağır olduğunu bildirdilər. Yaşamaq ehtimalının az olduğunu vurğuladılar.
Qeyd edək ki, biz xəstəxanada olan tibb bacıları Zaurun atasına otağı qızdırmaq üçün soba almasını tapşırdılar.
Biz Qarabağ əlili ilə danışmaq istədik amma danışa bilmədi. Atası hüquq-mühafizə orqanlarının xəstəxanaya gəldiyini bildirdi və izahat alındığını qeyd etdi. Səbail rayon Polis İdarəsindən bildirildi ki, intihara cəhdin səbəbləri araşdırılır.

Səttar Mehbalıyev cavab vermədi, mediaya udduğu məhkəmənin qərarını göndərdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevlə əlaqə saxlamq cəhdimiz baş tutmadı. Amma mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirovdan münasibət öyrəndik. O dedi ki, Zaur Həsənovun iaşə obyekti kimi işlətdiyi həmin torpaq sahəsi Bakı şəhər Xalq Deputatları Sovetinin 22 mart 1985-ci il tarixli 1/12 saylı qərarı ilə dənizkənarı sahil zonası yaratmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan «Şıx» sanatoriyası üçün ayrılıb. Həmin torpaq sahəsi inzibati ərazi kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli 811 saylı qərarı ilə Bibi-Heybət bələdiyyəsinə təhvil verilib, amma onun mülkiyyətinə verilməyib.
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan «Şıx» sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Zaur Həsənov tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb və Z. Həsənovun şikayəti əsassız sayılıb", deyə Nazim Ağamirov bildirdi.
Onun sözlərinə görə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsində bildirilir ki, Bibi-Heybət Bələdiyyəsi ilə Zaur Həsənov arasında bağlanmış 25 saylı 8 aprel 2005-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilsin: "Şıx" sanatoriyasına məxsus 1,67 ha torpaq sahəsini əhatə edən çimərlik zonasında 70 kv.m torpaq sahəsində Zaur Həsənov tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülsün və sahə boşaldılsın…
Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)- 1434/09 saylı iş üzrə 10.09.2009-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlayıb. Ali Məhkəmə də Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərardadını qüvvədə saxlayıb.

Etimad Əsədov: «Baxın, görün, məmur özbaşnalığı ölkədə nə səviyyədədir…»

«Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədov olayla bağlı XeberLent.az informasiya agentliyinə bunları deyib:
“Bu hal həm Azərbaycan xalqına, həm də, bütövlükdə Qarabağ uğrunda vuruşub, yaralanan insanlara qarşı bir hörmətsizlikdir. İndi baxın, görün, məmur özbaşnalığı ölkədə nə səviyyədədir ki, 5 uşaq atası üstünə benzin tökərək özünü yandırır.
Bunu hamı bilir ki, vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Zaur Həsənova dəniz kənarında torpaq sahəsi verilib. Sonralar həmin torpağı Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev məhkəmə vasitəsi ilə haqqsız olaraq zərərçəkmişin əlindən alıb.
Neçə ildir Zaur hər yerə şikayət edir, ancaq nə fayda. Bu da Zaura qarşı edilən haqqsızlıqların son və acı nəticəsi. Ümüd edirik ki, bu məsələyə ölkə başçısı qarışıb məsələni həll edəcək. Biz, bununla əlaqədar, başda ölkə başçısı olmaqla, bütün lazımı orqanlara müraciət edəcəyik.”/bizimyol/
1742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35