Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

“Binə”də “binəsi yıxılanların” fəryadı…

Yanğında yüzə yaxın dükana ziyan dəyib, 45 obyekt isə içindəki milyonlarla birlikdə külə dünüb
Ticarət Mərkəzinin rəhbərliyi susmaqda davam edir, tacirlərə kompensasiya vədi də verilməyib

Srağagün axşam saatlarından yanan “Binə” Ticarət Mərkəzi dünən də tüstülənirdi. Tüstülənən isə yalnız mağazalarda yanan milyonlar deyil, həm də malı-mülkü külə dönən sahibkarlar idi. Söz yox, xiffətli sahibkarlar nədənsə onlara dəyən ziyanın məbləği və zərərin necə qarşılanacağı barədə danışmaq istəmirdilər. Yaxınlaşdığım hər kəs isə yalnız yanan mal və mülkünü göstərərrək, “hər şüy göz qabağındadır” deyirdilər.

Fövqəladə Hallar Nazirliyi isə “Binə” Ticarət Mərkəzində baş verən yanğınla bağlı növbəti məlumat yayıb. Nazirliyin saytında yerləşdiriləm məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu “Binə” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən və xilasediciləri cəlb olunub. Ticarət Mərkəzinin 4-cü və 5-ci sıralarında hər birinin sahəsi 40 kv. m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilib ki, hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon yanğından mühafizə idarəsinin bölmə rəisi, 26 yaşlı Vuqar Abdullayev və mağazaların birində satıcı işləyən 39 yaşlı Rəna Səfixanova zəhərlənib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib.
Amma hələ ki ümumilikdə yanğın zamanı Ticarət Mərkəzinə dəyən ziyanın məbləğı ağıqlanmır. Həmsöhbət olduğumuz tacirlərin isə hər biri onlara 250 mindən 1,5 milyon manata qədər ziyan dəydiyini bildir. Həm də gerçəklik heç də rəsmi məlumatla üst üstə düşmür. Ticarət mərkəzində 45 deyil, daha çox dükan yanıb, azı 45 dükanın da malı zay olub, bir neçə dükandan isə gecə qaranlığında düşən qarışıqdan istifadə edənlər oğurluq ediblər.
Belə ki, Bakının ən iri, həm də topdansatış ticarət mərkəzlərindən biri olan “Binə”də alıcılar əsasən Şimali Qafqaz respublikalarının tacirləridir. Bu səbəbdən də əgər ticarət mərkəzinin giriş tərəfində reklam lövhələri və sair əsasən ingilis, Azərbaycan və türk dillərində olsa da, Ticarət Mərkəzinin arxa girişi, demək olar ki, Rusiyanı xatırladır. Elanlar, dükanların adları, hətta valyuta mübadiləsi də rus dilində yazılıb. Hətta burada arabada meyvə satanlar da müştəriləri rus dilində çağırırlar. Açığı müştərilərin də hamısı elə Rusiyadan gələnlərdir. Yaxınlıqda isə Rusiyanın cənubundan ölkəmizə tacirləri daşıyan avtobuslar cərgələnib. Bir sözlə, buradakı tacirlərin çörəyi əsasən Rusiyadan gələnlərdən çıxır.
Ticarət Mərkəzinin bir tərəfində normal alver getsə də, yanan 4 və 5-ci cərgələrdəki 2 mərtəbəli dükanlar və digər ziyan çəkən dükanların əraziləri əhatəyə alınıb. Ərazidə yangısöndürənlər hələ də tüstülənən dükanlara su vururdular. Habelə traktorlarla yanan malların külü, zir-zibil yük avtomobillərinə yüklənərək ərazindən daşınırdı.
Maraqlıdır ki, jurnalistlərin əraziyə daxil olmasına ciddi əngəllər olsa da, yanan dükanlarda çoxsaylı qaraçı qadınlar eşələnirdilər. Onlar yanğından salamat çıxmış malları yığırdılar.
Adının çəkilməsini istəməyən orta yaşı bir tacir isə ciddi-cəhdlə yanan dükanındakı seyfi tapmağa çalışırdı. Nəhayət seyf tapıldı, “Allah-Allah” deyə-deyə seyfə yaxınlaşan tacir “Qardaş, bütün “buğalteriyam”, sənədlərim, borc dəftərləri, pulum burdadır”, deyərək seyfin qıfılını açmağa başladı. Yanaraq deformasiyaya ugradığı üçün qıfılı açmağa xeyli əziyyət çəkən tacir nəhayət seyfi açdı. Seyfdə isə yalnız yanan kağızların külü vardi. Seyfdə yanmış pulların da külü açıq seçilirdi. “100 min pul yanıb, dəftərlər yanıb! Evim yıxıldı!”, - deyə tacir fəryad etdi.
Yanmış dükanların külündən bir fayda olmayacağını anlayan tacirlər dünən uzun mücadilədən sonra Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova ilə də görüşməyə nail olublar. Görüşdən sonra isə, tacirlərin gözlərində ümid işığı yanmağa başlayıb. Düzdür, tacirlər bu “ümid işığı” barədə məlumat vermək istəməyiblər. Ucundan-qulağından birtəhər öyrənə bildik ki, Kəbirə xanım tacirləri bir neçə ay müddətinə “aylıq ödəniş”lərdən azad edəcəyini, yanan dükanların isə köməkləşərək, ya yenidən tikiləcəyini, ya da təmir edəcəyini vəd verib. Bu görüşdə yanan mallara görə dəyən ziyanın qarşılanması barədə hər hansı bir razılıq olmayıb.
“Ayda dövriyyəm təxminən 10-15 min manat olur. Bunun da vergisi 400-600 manat edir. Malı kassaya salsam, sığortası da mümkün olar. İndi isə bu mümkün deyil. Məsələn, məndən ayda bir kondisionerə görə 100 manat işıq pulu alırlar. İmkan vermirlər ki, özüm sayğacı qoyub istifadə etdiyim enerjinin pulunun verim. Bizdən hər ay yanğın təhlükəsizliyi, mühafizə və başqa min bir bəhanə ilə pul yığılır. Amma yananda da kimsə ziyanımıza şərik olmur”, - deyə adının çəkilməsini istəməyən tacir bildirib.
Ticarət Mərkəzinin rəhbərliyindən isə baş verənlər və səsləndirilən fikirlərlə bağlı münasibət öyrənmək mümkün olmadı. Kəbirə xanımın ofisinin qarşısındakı mühafizə xidməti əməkdaşları gah rəhbərliyin yerində olmadığı, gah da məşğul olduğunu bildirdilər. Hələliksə yanğınla bağlı ilkin səbəb kimi qısaqapanma göstərilir.
Qeyd edək ki, bu, “Binə” Ticarət Mərkəzində baş verən yeganə yanğın hadisəsi deyil./bizimyol/
1682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP