Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Ərdoğan Rza Zərrabı təriflədi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir necə gün öncə rüşvət əməliyyatı zamanı həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabdan danışıb. Ans-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, o, Rza Zərrabı ölkəyə gəlir verən, xeyir işləri görən şəxs kimi dəyərləndirib. Ərdoğan, Zərrabın AB ofisinə çanta ilə girib, çantasız çıxmasını belə şərh edib. "Təslimat zamanı olan bir görüntü var? Çanta ilə girdi, çantasız çıxdı deyə bir ittiham ola bilər? Bəlkə çantasında kitab olub?".

Baş nazir Zərrabın qızıl ixracı ilə məşğul olan şəxs olduğunu deyib. "Ölkəyə kömək edən, xeyir işləri ilə məşğul olduğunu bilirəm".

Ərdoğan məsələ ilə bağlı zarafat etməyi də unutmayıb. "Çanta ilə heç bir yerə girib-çıxmayın. O, cinayət alətidir. Hələ çemodanla ümumiyyətlə heç yerə girməyin".
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33