Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Qarabağ qaziləri aksiya keçirir (Foto)

50-yə yaxın Qarabağ qazisi bu dəqiqələrdə Bakının 5 saylı klinik xəstəxanasının qarşısında aksiya keçirir. Bugun.az Musavat.com-a istinadən xəbər verir ki, qazilər ötən gün özünü yandıran ikinci qrup Qarabağ əlili Zaur Həsənova dəstəklərini ifadə edirlər.

Xəstəxananın həyətinə yüzlərlə Qarabağ qazisi və əlilliyi olan vətəndaşlar toplaşıblar. Qarabağ Qazilər Birliyinin rəhbərliyi və üzvləri, həmçinin Qarabağ Azadlıq Təşkilatının üzvləri də buradadır. Onlar Z.Həsənovun özünü intihar həddinə çatdırmasına səbəb olan şəxslərin cəzalandırılmasını tələb edirlər.

Qeyd edək ki, Zaur Həsənovu 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsində müalicə olunur. O, qanuni obyektinin deputat Səttar Mehbalıyev tərəfindən yağmalanmasına etiraz olaraq özünü yandırıb.

Həmçinin Qarabağ qaziləri tərəfindən baş verənlərə etiraz olaraq aksiya da təyin olunub. Aksiya ilə bağlı artıq sosial şəbəkələrdə dekabrın 28-də saat 15:00-da Fəvvarələr meydanında "Qaziləri yandırma!" şüarı ilə aksiya keçirilməsi barədə elan yerləşdirilib. Aksiyanın "event"ində bildirilir:

"Əziz qardaşlar, bacılar, dostlar, yoldaşlar! Bu gün hamımızın qanın donduran hadisə baş verdi. Həmkarlar İttifaqı Konfedrasiyasının sədri, deputat Səttar Mehbalıyevin haqsızlığıdan təngə gələn Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi yağı işgalda olan bir ölkədə Qarabağ qazisinin özünü odlaması bizim hamımızın vicdanını silkələməlidir. Bu, rəzalətdir! Mən özüm Qarabağ qazisiyəm. Baş verənlərə laqeyd qalmamağı bütün qazi dostlarımdan, döyüşçülərdən, bu xalqın, bu ölkənin təəssübünü çəkən hər kəsdən rica edirəm. Bunun üçün hətənin altıncı günü saat 3-ə aksiya elan edirəm. O vaxta qədər tələbimiz bu olmalıdır: deputat Mehbalıyav qazini, 5 uşaq atasını və elə o uşaqları da bədbəxt etdiyinə görə ictimai qaydada üzr istəməli, Qazimizə edilən haqsızlıq dərhal aradan qaldırılmalıdır. Sabah və biri gün üçü isə görəcəyimiz iş: qazi qardaşımızı tək qoymamaq, xəstəxanaya baş çəkib onun ziyarətində olmaq!".

Qarabağ qaziləri aksiya keçirirlər (FOTOLAR)  Yüklə

Qarabağ qaziləri aksiya keçirirlər (FOTOLAR)  Yüklə

Qarabağ qaziləri aksiya keçirirlər (FOTOLAR)  Yüklə

Qarabağ qaziləri aksiya keçirirlər (FOTOLAR)  Yüklə

Qarabağ qaziləri aksiya keçirirlər (FOTOLAR)  Yüklə

1607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber