Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Suriya və Rusiya arasında önəmli razılaşma

Suriyanın Neft və Təbii Sərvətlər Nazirliyi Rusiyanın "Soyuznexftegaz" şirkəti ilə Aralıq dənizində neft və təbii qaz axtarışı üçün razılığa gəlib. İki ölkə arasında razılaşma Dövlət Neft Şirkətinin binasında Suriyanın neft naziri Süleyman Abbas və Rusiyanın bu ölkədəki səfiri Azamat Kulmuhametovla "Soyuzneftegaz"ın rəsmisi Qisa Quçtel arasında imzalanıb.

Razılaşmaya əsasən, Rusiya şirkəti Aralıq dənizidə Suriya dəniz sularındakı 2-ci blokda neft axtarışı və istehsalını inkişaf etdirmək üçün Tartus şəhərindən Banyas mahalına qədər 2 min 190 kvadrat kilometr sahədə işlər aparacaq. Proyekt daxilində qazma yerlərinin təsbit olunması və digər hazırlıq işləri üçün ilkin mərhələdə 15 milyon dollar, qazma işlərinin aparılacağı ikinci mərhələdə isə 75 milyon dollar xərclənəcək.
1477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı