Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Anasına 102 bıçaq zərbəsi endirən oğul: "Əxlaqsızlıq edirdi"

Dekabrın 18-də Bakının Sabunçu rayonunda oğlu tərəfindən amansızlıqla qətlə yetirilən 51 yaşlı qadının bədənində 102 bıçaq yarası aşkarlanıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, məhkəmə tibbi ekspertizasının Cəmilə Dünyamalıyevanın bədənində aşkarladığı 102 xəsarətin əksəriyyəti dərin olub və daxilə nüfuz edib. 31 yaşlı Mürsəl Dünyamalıyev anasına qarşı olan nifrətini və qəddarlığını onun əxlaqsızlıq etməsi ilə əlaqələndirib. Dəfələrlə ifadə verən M.Dünyamalıyev hər dəfə "əxlqasızlıq edirdi" deyə bildirib. Lakin o, anasını konkret olaraq hansı fakt-sübuta görə bu şəkildə öldürdüyünü açıqlamaqdan imtina edib.

Qeyd edək ki, M. Dünyamalıyev uzun müddət idmanla məşğul olub."Socar"da mühafizəçi işləyən Mürsəl hadisəni törətdikdən sonra iş yerinə gəlib və iş yoldaşları ilə vidalaşıb. Daha sonra isə Xətai RPİ-nin 37-ci Polis Bölməsinə gedərək təslim olub.

*****

19.12.2013 / 10:05

Bakıda dəhşətli qətl hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib və könüllü olaraq Xətai RPİ 37-ci PB-yə gələrək təslim olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Lent.az-ın məlumatına görə, qətli törədən M.Dünyamalıyevin 31 yaşı var. C.Dünyamalıyeva isə 1962-ci ildə anadan olub. Hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...