Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

ABŞ-da növbəti silahlı insident

ABŞ-da naməlum şəxs gecə klubunun qarşısında atəş açıb, 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Naməlum şəxs ötən gecə Luiziana ştatının Slaydel şəhərində gecə klubunun qarşısında atəş açıb. Apa-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident nəticəsində 22 və 23 yaşlarında olan 2 şəxs ölüb, daha 6 nəfər isə yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, atışmadan əvvəl gecə klubunda dava baş verib. Sonradan gecə klubunun qarşısında davam edən münaqişə zamanı odlu silahdan istifadə edilib. Polis hələlik atəş açanın şəxsiyyətini müəyyən etməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl İrvinqton şəhərində baş vermiş analoji insident nəticədinfə 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
1549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu