Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Ərdoğanın oğlu istintaqa çağırılıb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan bu ölkədə “rüşvət” əməliyyatı iddiası ilə başladılan istintaq çərçivəsində dindirilməyə çağırılıb.

Türkiyə mətbuatının yaydığı məlumatına görə, artıq istintaqdan uzaqlaşdırılmış prokuror Muammer Akkaşın bir gün əvvəlki çağırışı ilə Bilal Ərdoğan şübhəli şəxs qismində istintaqa çağırılıb.

Prokurorun göndərdiyi çağırış vərəqəsində Bilal Ərdoğanın mənfəət məqsədi ilə qanundankənar təşkilat qurmaq və qurulan təşkilata üzv olmaqda təqsirli bilinərək şübhəli şəxs qismində ifadəsinin alınacağı qeyd olunur.

Baş nazirin oğluna xəbərdarlıq edilir ki, göstərilən tarixdə istintaqa gəlməkdən boyun qaçıracağı təqdirdə, zorla gətirələcək.
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35