Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

İstanbul baş prokuroru: “İstintaqa təzyiq edilmir”

İstanbulun baş prokuroru Turan Çolakkadı korrupsiya və rüşvət ittihamı ilə bağlı aparılan istintaqa təzyiq edilməsi barədə iddiaların yalan olduğunu deyib.

Apa-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyədə ötən gün rüşvət, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə bağlı başlamış cinayət işinin istintaqından kənarlaşdırılmış prokuror Müəmmər Akkaş istintaqa təzyiq olduğunu bildirib.

Baş prokuror deyib ki, prokuror səhv məlumatlar təqdim edib: “ Mən 35 ildir ki, bu sahədə çalışıram, bu vaxtadək hələ heç kim mənə əmr etməmişdi, heç bir əmri qəbul etmərəm. Baş prokuror prokurorları təyin etmək və işdən kənarlaşdırmaq hüququna malikdir. Bizdə 200 nəfər prokuror çalışır və onların heç biri işi özbaşına qəbul edib-ata bilməz”.

Baş prokuror qeyd edib ki, prokurorluğun heç bir əməkdaşı mətbuatda müstəqil bəyanatla çıxış etməməlidir: “Bizim öz qaydalarımız və tələblərimiz var. Vəzifə təlimatında da qeyd olunub ki, mətbuata açıqlamanı yalnız baş prokuror və mətbuat katibi verə bilər. Bütün digər açıqlamalar razılaşdırılmalıdır, əks halda, xaos baş verə bilər. Bizdə istintaqı iki ilədək davam edən cinayət işləri olur və bu istintaqlar çərçivəsində mətbuata heç bir açıqlama verilmir”.
1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08