Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Qazimizin ən son vəziyyəti

Starxəbər Müstəqil İnformasiya Agentliyi olaraq, ötən gün özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun müalicə edildiyi 5 saylı xəstəxanada olduq. Qazilər İctimai Birliyinin üzvləri, Zaurun döyüş yoldaşları və digər sadə vətəndaşlar xəstəxananın qarşısında toplaşaraq ona öz dəstəklərini göstərirdilər. Xəstəxananın yanğın şöbəsindən aldığımız məlumata əsasən, II, III dərəcəli yanğın xəsarəti alan Zaurun vəziyyəti olduqca ağırdır.

Vətən müharibəsi əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov "Starxəbər”ə açıqlama verdi. Onun verdiyi məlumatlara əsasən, bu cür hallar dəfələrcə baş verib. Zaurun bu gün belə hala gəlib çatmasının əsas səbabkarı isə Səttar Mehbalıyevdir.

Zaur Həsənov dəfələrlə müxtəlif yerlərə müraciətinə baxmayaraq, onun problem ilə maraqlanan olmayıb. Zaurla birlikdə Səttar Mehbalıyev, o cümlədən Parlamentin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın yanında olmuşuq, Oktay Əsədova öz səsimizi çatdırmışıq. 60-a yaxın Qarabağ əlilinin imzası ilə Prezidentə müraciət etmişik. Zaur özü ailəsi ilə birlikdə Əli Həsənovun, Sosial Müdafiə Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin qəbulunda, həmçinin, Prakraturada, Polisdə – hər yerdə olub. Dəfələrlə problem işıqlandırmağımıza baxmayaraq, heç kəs maraqlanmayıb. Bu insan "özümü yandıracam, mən yaşaya bilmirəm” söyləyirdi. Məsələnin bu həddə gəlib çatmasına isə Zaurun obyektinin Səttar Mehbalıyev tərəfindən sökülüb dağıdılması oldu. Zaurun evi kreditdədir. Həmin obyekti tikdirmək üçün evini banka qoymuşdu. 1994-cü ildən 2013-cü ilə qədər həmin obyekti tikdirib, bələdiyyənin qanuni sənədləri ilə fəaliyyət göstərib. 2013-cü ildə Səttar Mehbalıyev öz şəxsi nüfuzundan istifadə edərək , dövlətin ona verilən səlahiyyətindən istifadə edərək məhkəmələrə təzyiq göstərərək, onun əleyhinə qərar alıb. 16 il qanuni fəaliyyət göstərib. Obyekt tikdirib, kreditə qoyub, onu traktorun qabağına qoyaraq uçurtmaq olmazdı. Prezidentimiz öz çıxışında "Xalqın pulunu verin, heç bir sənədi olmayan evlərin də pulunu verin!” deməsinə baxmayaraq, bunun sənədi olaraq, banklara borcu ola-ola onun obyektini uçurdu. Bunun da bank gəlib evini də əlindən alırdı, çörək mağazalarına 700 manat, ərzaq dükanlarına isə 2000 manata yaxın borcu var. 5 balası var, onları hər axşam yedirib-içirmək lazımdır. 165 manat təqaüd alır. 10 gün bundan öncə bu adam özünü yandırmağa gedirdi. AzNeft dairəsində Səbail rayon polisi onu saxlayıb, xahiş edərək intiharın qarşısını alıblar. 10 gündən sonra getdi yandırdı. Hər dəfə Səttar Mehbalıyevin adamları "Get nə edirsən et!” dedilər. Rəsmən faşist kimi, erməni kimi davrandılar. Nəticə də göz qabağındadır. Zaur Həsənovu Azərbaycan bayrağı ilə birlikdə yandırmaq səviyyəsinə çatdırdı. Biz Prezidentimizin, Ali Baş Komandanın münasibətini gözləyirik. O Ali Baş Komandanın ki, onun atası Ümummilli Lider Heydər Əliyevin əmri ilə Zaur Həsənov döyüşə gedib”.

Onu da qeyd edək ki, Zaur Həsənovun vəziyyəti kritik olaraq qalmaqdadır. Onun reanimasiya şöbəsində çəkilən son görüntülərini sizə təqdim edirik.
1476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26