Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Rusiya ekspertləri Yasir Ərəfatın ölüm səbəbini açıqladılar

Fələstinin sabiq lideri Yasir Ərəfatı heç kim zəhərləməyib. Ans-in məlumatına görə, Rusiyanın məhkəmə ekspertlərinin gəldiyi qənaətə görə, sabiq dövlət başçısının ölümü təbii olub. Ekspert qrupu araşdırma zamanı Ərəfatın qanında zəhərli və ya radioaktiv maddə aşkar etməyib.

Xatırladaq ki, ölümündən 8 il sonra Ərəfatın nəşindən nümunə götürülmüş və İsveçrə, Fransa və Rusiya alimləri onun üzərində çalışmışlar.

İsverçənin hazırladığı sənədli filmdə Ərəfatın polonium 210 maddəsindən zəhərləndiyi bildirilirdi. Lakin ölümün əsil səbəbi bu göstərilmirdi.

Həmçinin, Fransa da Ərəfatın öz əcəli ilə öldüyü mövqeyini müdafiə edib. Ərəfatın rəsmi ölüm səbəbləri kimi isə, onun ilficdən dünyasını dəyişdiyi göstərilir. Fələstin xalqının əskəriyyəti isə, Ərəfatın İsrail tərəfindən öldürüldüyünü iddia edir.

Yasir Ərəfat 1994-2004-ci illərdə Fələstin milli muxtariyyətinin 1-ci sədri olub. 1994-cü ildə Nobel sülh mükafatına layiq görülüb.
1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09
05 dekabrda gözl