Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Liviyada silahlılar mərkəzi bankı və dəniz limanını ələ keçirib

Silahlılar mərkəzi bankın işçilərindən oranı tərk etməyi tələb edib

Liviyanın Paytaxtında silahlılar baş nazir Əli Zeydanın istefa verməsini tələb edir.

İnterAz-ın “Reuters”ə istinadla verdiyi xəbərə görə, silahlılar (sabiq qiyamçılar) Liviyanın paytaxtı Tripolidə mərkəzi banka girərək, oranı insanların üzünə bağlayıb. Silahlılar mərkəzi bankın işçilərindən oranı tərk etməyi tələb edib.

Sonra isə yaxınlıqda yerləşən Tripoli dəniz limanına girən silahlılar, baş nazir Əli Zeydanın istefa verməsini istəyib.

Bildirək ki, Liviyada Müəmmər Qəddafi rejiminə qarşı qiyama qalxan silahlıların bir qismi ordu və ya digər təhlükəsizlik qurumlarına qatılsalar da onların bir çoxunun tərksilah edilməsi hələ də tam şəkildə həyata keçirilməyib. Cari ilin oktyabr ayında terror aktlarında təqsirləndirilən Əbu Ənəs əl-Libinin ABŞ kəşfiyyatı tərəfindən oğurlanması hazırki Baş naziri daha çıxılmaz vəziyyətdə saxlayıb. Baş nazir Əli Zeydanın özü də bu hadisədən sonra silahlılar tərəfindən oğurlanıb və bir gün sonra azad edilib.
1534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber