Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

“Əl Qaidə”nin girovu Obamaya müraciət etdi

“Əl Qaidə” terroristləri girov götürdükləri amerikalının Barak Obamaya ünvanlanan video-müraciətini yayınlayıb.

"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı Uoren Vaynşteyn ABŞ-ın prezidentinin onun xilas olması üçün terroristlərlə danışıqlar aparmağa çağırıb. Video Əfqanıstanda işləyən jurnalistlərə göndərilib.

Qeyd edək ki, Vaynşteyn 2001-ci ilin avqustunda Pakistanda qaçırılıb.

Ağ evdə bəyan ediblər ki, “Əl Qaidə” ilə heç bir danışıq aparılmayacaq, lakin Vaynşteyni oğurlayanları tapmaq üçün pul ayıracaqlar.
1611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35