Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Bazarlarda yerli kartof tapılmır

Kartofçuluq rayonu olan Tovuzda bu gün bazarlarda yerli kartof tapmaq mümkün deyil.

Bu isə nəticədə bazara xarici məhsulun gətirilməsinə və baha qiymətə əhaliyə satılmasına səbəb olur. Bəs görəsən yerli məhsulun azalması və ya bazarlardan çəkilməsinin səbəbi nədir.

Artıq kartof becərməkdə illərin təcrübəsini qazanan Teyyub müəllim deyir ki, belə bir nəticə gözlənilən idi. Onun sözlərinə görə, hələ yayda kartof sahələrinə müxtəlif həşaratların hücum çəkdiyi bir vaxtda yerli qurumlar susmağa üstünlük verdilər. Müsahibimizin sözlərinə görə, belə olan halda yerli məhsul da kütləvi şəkildə məhv oldu.

Yerli kartofun bazarlarda tapılmamasının başqa səbəbləri də var. Bazarlarda kartofun qiymətinin yüksək olmasının əsas səbəblərindən biri kartof qıtlığıdır. Əslində ən asası kartofun əkin sahələrində az əkilməsidir.

Hər il hektarlarla kartof əkən Şahmar Qurbanov ötən il qiymətlərin ucuz olması səbəbindən bu il əkinin istiqamətini dəyişdiyini deyir. Onun fikrincə, nə qədər ki, qiymətləri tənzimləyən qurum yoxdur bu vəziyyət davam edəcək

5 rayonu özündə cəmləyən Tovuz Ərazi Kənd Təssərüfatı idarəsində də bildirirlər ki, ötən illə müqayisədə kartof əkini azalıb.

İdarənin rəisi, Canpolad Qəhrəmanovun sözlərinə görə, statistik rəqəmlərə nəzər salanda görürük ki, bu il kartof əkini azalıb. Bununda səbəbi 2012 ci ildə qiymət azalması olub. "Məcbur qalan sahibkar əkinin istiqamətini dəyişib”.

Qiymət artımına gəldikdə isə idarə rəisi deyir ki, kiçik sahibkarlar bazarlarda qiyməti süni şəkildə artırırlar. /musavat/
1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber