Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

“Ölkədə sakitliyə represiv alətlərlə və polis zopası ilə nail olunub”

Natiq Cəfərli: “Ölkədə sakitliyə represiv alətlərlə və polis zopası ilə nail olunub”

Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını itirmiş Qarabağ qazisinin faciəsi hamını narahat edir. İctimai rəydə bu hadisəni müxtəlif cür şərh edirlər. Bunu bir ailənin faciəsi kimi və ya dövlətin faciəsi kimi təqdim edənlər də var. Bu problemin kökünü ölkədəki ədalətin olmamasında görənlər, hamını bu problemə biganə qalmamağa səslədilər.
Deyerler.org-a bu barədə fikirlərini bölüşən ReAl hərəkatının məclis sədri Natiq Cəfərli bildirib ki, Azərbaycan hakimiyyəti stabilliyi sakitlik kimi anlayır: “Ümumiyyətlə mülkiyyət məsələsi stabilliyin anasıdır. Stabil inkişafın təməlində məhz ədalət və mülkiyyət münasibətləri durmalıdır. Cəmiyyətdə ədalətli surətdə mülkiyyətin qorunması baş verdikdə hər hansı inkişafa nail olmaq olar. Bütün elmi əsaslarla bu sübuta yetib. Amma Azərbaycan hakimiyyəti stabilliyi sakitlik kimi anlayır. Elə başa düşür ki, əgər ölkədə sakitlikdirsə, o stabilliyin əlamətidir. Sakitliyə isə represiyalarla nail olub. Bu il bitməmiş ilin əvvəlindən baxıb görərik ki, həbs dalğaları sürətlə artıb. Əsas hədəf də gənclik olub. Qanunvericilikdə çox mürtəce dəyişiklik olub. Aksiyalarla bağlı cərimələr həddən artıq artırılıb. Həbslər 15 sutkadan, 2 aya çatdırılıb. Bu cür represiv alətlərlə və polis zopası ilə sakitliyə müəyyən dərəcədə nail olunub. Amma təbii ki, bu nisbi sakitlikdir. Bunlar aysberqin görünən hissəsidir. Əgər Aysberqin görünməyən hissəsinə baxsaq görərik ki, ölkədə ədalət, mülkiyyətin toxunulmazlığı yoxdur. Bunlar isə qeyri-stabilliyin funtamentini təşkil eidr”.
1726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber