Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Yaşıl soğanın faydaları

Soğan immuniteti gücləndirməklə, orqanizmin müqavimətini artırır. ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky tədqiqatlarında soğandan istifadəni yüksək qiymətləndirmişdir. Çünki, soğanın tərkibində olan faydalı fermentlər və amin turşuları insanı bir çox xəstəliklərdən qoruyur.
Sidik qovucu olan soğan, bədəndə yığılan zərərli maddələri və suyu atır. Revmatizm, oynaq iltihabı, sidik tündləşməsi, damar sərtliyinə xeyirlidir. Digər faydaları isə aşağıdakılardır:
-böyrəklərdəki qum və daşların tökülməsinə kömək edir;
-böyrək ağrısını sakitləşdirir;
-artıq çəkiyə və huşsuzluğa təsirlidir;
-zehni yorğunluğu aradan qaldırmağa kömək edir;
-prostat vəzinin xəstələnməsini önləyir;
-cinsi gücü artırmağa kömək edir;
-ekzema və digər dəri xəstəliklərində faydalıdır;
-öskürək çıxardıcıdır, bronxları təmizləyir;
-astma, ağciyər xəstəlikləri, qrip və soyuq qəbulunluğunda faydalıdır.
-qandakı şəkər səviyyəsini salır;
-vərəmə qarşı təsirlidir;
-qocalmanı gecikdirir, iştahı açır ürəyi qüvvətləndirir;
-koronar damarları genişləndirməyə kömək edir;
-həzmi asanlaşdırır;
-bağırsağı təmizləyir;
-bədəndəki yaraların sağalmasını sürətləndirir;
-ürəyin funksiyasını gücləndirir.
1653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...