Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

“Binə” də mağazaları kül olanlara kompensasiya verilmir

“Binə” Ticarət Mərkəzində baş verən yanğın hadisəsindən sonra bazarın sahibi Kəbirə Məmmədova sahibkarlarla görüşdü. Məlumatlara görə, Kəbirə Məmmədova maddi ziyan çəkmiş sahibkarlarla ümumi razılığa gəlib. O bildirib ki, yanan obyektlər hər iki tərəfin köməkliyi ilə təmir ediləcək. Artıq ərazidə təmizləmə işləri gedir. Yanğın nəticəsində ticarət mərkəzində fövqəladə hadisənin nəticələri aradan qaldırılır.
Qeyd edək ki, rəsmi məlumatlara görə, “Binə”də baş verən güclü yanğın zamanı 45 mağaza yanaraq kül olub. Ancaq sahibkarlar rəqəmin böyük olduğunu deyirlər.
“Azadlıq”a açıqlama verən satıcılar deyirlər ki, onlara yalnız dəymiş ziyanın bir hissəsi ödəniləcək: “Bu da ancaq təmir pulu olacaq. Əgər dükanı təmir etmək üçün 10 min manat xərcimiz çıxacaqsa, bunun 5 min manatını bazar rəhbərliyi ödəyəcək. Ancaq yanan mallara görə heç bir kompensasiya ödənilməyəcək. Yaxşı olardı ki, bu zərəri ödənilməsində bizə yardımçı olardılar”.
Satcılar deyirlər ki, “Binə” bazarı sığorta olunub, ancaq onlara bunun aidiyyəti olmadığını söyləyiblər: “Bizə dedilər ki, bazar sığortalanıb, ancaq dükan sahiblərinə heç bir yardım olmayacaq. Səbəb kimi də deyirlər ki, dükanlar sığorta edilməyib. Bazarın sığorta edilməsinin isə guya bizə heç bir aidiyəti yoxdur”.
“Hər dəfə yanğın olanda dükanı yanan hər bir sahibkar ən azı 100-150 min manat ziyan çəkir. Bu məbləği heç kim qarşılamır. Yaxşı olar ki, yardım ediləndə dükanın tikintisi yox, ümumilikdə dəymiş ziyanın yarısı ödənilsin”.
1471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber