Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Əliyevlə bağlı “ilin adamı” fiaskosu

İ.Əliyevə bu titulu verən VIOAS jurnalı barədə maraqlı faktlar

Ilham Əliyev “ilin adamı” elan edən VIOAS jurnalı ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Hakimiyyət mediası bu jurnalı nüfuzlu dərgi kimi qələmə versə də, REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin apardığı araşdırmalar zamanı bunun əksini üzə çıxıb.
Natiq Cəfərli bu barədə facebook səhifəsində yazıb: “1news.az və digər hakimiyyət yönlü saytlar fəxrlə yazıblar ki, nüfuzlu VIOAS jurnalı (özü də, vurğu məhz ”nüfuzlu" sözünə düşür) prezidenti dünyada ilin adamı seçib. Xəbəri oxuyan kimi, bu jurnalla maraqlanmağa başladım (linklər şərhlərdə), saytda son yazı 18 fevral 2013-cü ilə aiddir, yəni, yenilənmir, yəqin ki, o qədər nüfuzludur ki, yenilənməyə ehtiyac görmür. Daha bir maraqlı məsələ, sayt açılan gündən bu günə sayğac qoyublar və cəmi 6000-dən bir az çox adam baxıb. Jurnalın facebook səhifəsini də tapdım, son yenilənmə 18 oktyabr 2011-ci ildədir, səhifəni cəmi (!!!) 41 nəfər bəyənib, yəni, nüfuzu fontan vurur...
Hakimiyyət hələ də anlamır ki, internet var, indi 20-ci əsrin təbliğat metodları işləmir, tam tərsi, gülünc vəziyyət yaranır"./azadlıq/
1611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber