Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Türkiyədə 100 milyard dollarlıq yeni korrupsiya ittihamının detalları açıldı

Polis yeni həbs dalğası üçün sanksiya verən prokurora tabe olmayıb və məlumatlar şübhəlilərə sızdırılıb, araşdırma başladılıb... 

Türkiyədə dekabrın 25-də həyata keçiriləcəyi bildirilən, lakin polis rəislərinin prokurorlara tabe olmaması üzündən baş tutmayan ikinc rüşvət və korrupsiya həbsləri üçün hansı ittihamların irəli sürüldüyü məlum olub.

Virtualaz.org saytı türk nəşrlərinə istinadən xəbər verir ki, Fətullah Gülənə yaxın “Taraf” qəzetinə ötürülən məlumatlarda deyilir ki, İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən hökumətin keçirdiyi 28 tenderlə bağlı 100 milyard dollarlıq korrupsiya, rüşvət, çirkli pulların yuyulması ittihamları ilə dosye hazırlanıb.

İstintaq çərçivəsində 5 nazirliyin, baş nazirin ofisinin məmurlarının və ona bağlı qurumların da adının yer aldığı dosyedə onlarla yüksək vəzifəli məmurun adı var.

İstintaqı “Ergenekon” həbslərinə sanksiya verən prokurorlardan biri Muammer Akkaş aparır. M.Akkaş aralarında siyasətçilər, məmurlar və iş adamlarının da yer aldığı 30-dan çox tanınmış şəxs barəsində həbs sanksiyası verib.

Lakin xəbər verildiyi kimi, İstanbul polisinə 17 dekabr həbslərindən sonra yeni təyin olunan şöbə rəisləri bu həbsləri həyata keçirməkdən imtina edib. Üstəlik dosyedə adları keçən şübhəli şəxslərə əməliyyat barədə məlumat sızdırılıb.

İstanbul Cümhuriyyət Prokurorluğu məlumatların sızdırılmasına görə İstanbul valisi Hüseyn Mutlu, yeni polis rəisi Selami Altınok və polisin maliyyə cinayətləri şöbəsinin rəisi barəsində araşdırma başladıb.

Qəzet bu cinayət işinin bəzi detallarını açıqlayıb. Bunlardan birinə görə İstanbulun Etliler səmtində yeganə boş ərazi olan polis məktəbinin ərazisi dəyəri 1 milyard dollara yaxın olmasına baxmayaraq tender keçirilmədən 460 milyon dollara satılıb. Yaxud özəlləşdirilməsi planlaşdırılan 14 termik mərkəzin AKP-nin rəhbərliyində yer alan siyasətçinin yaxının ortaq olduğu şirkətə satılmaq üzrə olduğu aşkar edilib. 

1432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi