Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Ərdoğanın partiyasından qopmalar davam edir

İzmirdən olan deputat Erdal Kalkan partiyadan istefa verdi

RegionTweet AKP-dən İzmir millət vəkili Erdal Kalkan, partiya sıralarından istefa etdiyini açıqlayıb.

Ans-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, millət vəkili "Twitter" səhifəsində yazdığı statusunda, partiyaya hərbi müdaxilə dövründə girdiyini bildirib.

O, Ərdoğandan əvvəl partiyanın maraqları ilə bağlı mövqeyi ilə bağlı mövqeyini qoyduğunu qeyd edib. Siyasi partiyaların demokratik rejimin imtina edə bilmədiyi ünsürlər olduğunu söyləyən E.Kalkan, siyasi partiyalar kiminsə atasının şəxsi malı olmadığını vurğulayıb: "Hörmətli Tayyib Ərdoğanın isə heç deyil. Çünki, siyasi partiyalar milyonlarla insanın yaratdığı ictimai varlıqlardır. Hökumət, iqtidar və partiya intizamı sui-istifadələrin, oğurluqların və soyğunların qarşısını almaq üçün yaradılır. Bu iş burada bitə bilməz. Uca xalqımız hər şeyi görür. Hakim xalqımız olsun. Qurtuluş müharibəsi aparan bu xalq bunu da həll edir. Ədalət və İnkişaf Partiyasından istefa edirəm".
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39