Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Ərdoğanın oğlunun qaçdığı xəbəri yayıldı

Türkiyəni sarsıdan rüşvət və sui-istifadə əməliyyatı nazirlərin istefaları və kabinetdəki dəyişikliyi də özü ilə gətirdi. İctimaiyyətin bu olaya böyük reaksiyası davam etdiyindən əməliyyatda ikinci dalğanın başlayacağı da iddia edilirdi. Haqqında nəzarət qərarı olduğu iddia edilənlərdən biri baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın harada olduğu isə böyük maraq mövzusudur...

Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, bəzi internet saytlarında baş nazir Ərdoğanın oğlunun Türkiyəni tərk etdiyi məlumatı yer alıb. Amma haqqında nəzarət qərarı olduğu irəli sürülən Bilal Ərdoğanın baş nazir Ərdoğanın Batıqlıdakı iqamətgahında olduğu öyrənilib.

Bilal Ərdoğan Türkiyəni sarsıdan böyük rüşvət əməliyyatı daxilində təhlükəsizliyin texniki-fiziki təqibinə ilişən və həbs olunan iş adamlarının kuriyerler vasitəsilə milyonlarla lirə köçürdüyü iddia edilən TÜRGEV-in rəhbərliyindədir.
1442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber