Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Daha üç general vəzifədən gedir

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən daha üç general yeni ildən təqaüdə göndəriləcək. Ancaq bu, onların yaş həddi ilə bağlıdır.

“Axar.az”ın əldə etdiyi məlumata görə, yanvar ayının 15-20 arasında yaş həddi ilə əlaqədar olaraq Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, nazirliyin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev və Baş Qərargah rəisinin müavini, Səfərbərlik İdarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov təqaüdə göndəriləcəklər.

Məlumatda qeyd edilir ki, Müdafiə naziri Zakir Həsənovun, təcrübəsini nəzərə alaraq, Yaşar Aydəmirovu daha bir il müddətində ordu sıralarında saxlamaq ehtimalı çox yüksəkdir.

Mənbə onu da bildirir ki, mətbuatda yazıldığı kimi, Məmməd Beydullayev və Yaşar Aydəmirov istefaya göndərilməyib: “Onlar hal-hazırda məzuniyyətdəliər. Yanvar ayında məzuniyyətdən qayıdacaqlar və bundan sonra onlar haqda qərar veriləcək”.
1921 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP